
Belarus tərəfinin təşəbbüsü ilə noyabrın 21-də Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ilə Belarusun Xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı olub. Bu haqda ER XİN məlumatlandırıb.
Telefon danışığı zamanı Ermənistan-Belarus ikitərəfli gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə istinad edilib. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici işlər nazirləri şurasının, Müdafiə nazirləri şurasının və Təhlükəsizlik şurası katibləri komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak etməyəcək.







