BaşlıcaSiyasət

Ekspert: “Bakının can atdığı ikitərəfli platformadan ehtiyatlı olun”

Qərb yenidən Ermənistanla Azərbaycan arasında danışıqlar yolu ilə sülhün bərqərar olmasını təklif edir, buna cavab olaraq Bakı Vaşinqtonu hədələyir, istehza ilə deyir ki, heç bir beynəlxalq platforma onun mövqeyinə təsir edə bilməz.

Ekspertlərin fikrincə, Azərbaycan danışıqları təkcə regional platformaya deyil, həm də Ermənistan üçün çox təhlükəli olan ikitərəfli platformaya keçirməyə çalışır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqtonun təmsil etdiyi Qərb regionda davamlı sülh və sabitliyə nail olmaq məqsədi ilə növbəti dəfə Yerevan və Bakı arasında aparılan danışıqları dəstəkləmək mövqeyindən çıxış edir.

ABŞ digər dövlətlərin də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasına töhfə verməyin əleyhinə deyil. Qərbin bu bəyanatları ilə yanaşı, Bakı ABŞ və Avropanı daha sərt ifadələrlə təhdid etməkdə davam edir.

“Radiolur”a danışan azərbaycanşünas  Garnik Davtyan Azərbaycanın təhdidləri altında yeni hücuma hazırlıq görür.

“Azərbaycan çalışır ki, Ermənistana mümkün dəstək verə biləcək dövlətləri cilovlayıb, Ermənistanı 44 günlük müharibədən əvvəl olan çıxılmaz vəziyyətə salsın.

 Başqa sözlə, hələ o zaman da danışıqlardan imtina etmək, süquta yetirmək olub. Azərbaycan və bu, Azərbaycanın müharibəyə başlaması üçün yaxşı şans idi.

İndi də Azərbaycan eyni senari ilə hərəkət etməyə çalışır, yəni bəyanatlar kontekstində mən 2020-ci ildən əvvəlki məntiqi görürəm. Unutmaq olmaz ki, Qərb bəyanatları və çağırışları təkcə Ermənistan üçün deyil, həm də Rusiyanın təsirini zəiflətmək üçün edilir”.

Spyurk da Azərbaycanın siyasi hücumlarının hədəfindədir. Əliyev bu amildən ehtiyatlanır və bəlkə də bu gün Azərbaycana beynəlxalq təzyiqlərin səbəbi budur.

O, bəyan edir ki, Ermənistan guya Spyurkdan (diaspordan) Azərbaycana qarşı hücumlar üçün istifadə edir.

Eyni zamanda, Azərbaycan prezidenti bəyan edir ki, heç bir beynəlxalq təzyiq onun hökumətinin iradəsinə təsir göstərə bilməz. Ekspertlər Əliyevin yanaşmasına da diqqət cəlb edir Ermənistan öz gələcəyini regiondan uzaq dövlətlərin ambisiyaları əsasında deyil, öz milli maraqları əsasında planlaşdırmalıdır.

Həmin bəyanatın haşiyələrini açan politoloq Ara Poğosyan belə aydınlaşdırır:

Əliyev Ermənistanı nəinki regional platformaya daşımağa, həm də Ermənistan üçün son dərəcə təhlükəli olan ikitərəfli danışıqlar meydanına çıxarmağa çalışır ki, bu da Ermənistan üçün ciddi təhlükəlidir.Odur ki, Yerevan heç bir halda oxşar formata razılaşmamalıdır.

“Azərbaycan indi İranla münasibətlərini elə bir vəziyyətə gətirməyə çalışır ki, onların maraqları müəyyən məqamlarda üst-üstə düşsün və bu halda Azərbaycan özünü regionçuluq siyasətinin önündə yerləşdirməyə çalışarkən, müəyyən mənada burada maraqların hər ikisi üst-üstə düşür, o mənada ki, hər ikisi üçüncü ölkələrin regionun problemlərinə qarışmamalı olduğunu bəyan etməyə başlayır.

Bu, ilk növbədə Qərbə aiddir və burada Bakı regional platformalarda növbəti danışıqlar aparmağa çalışır, “3+2”yə çevrilən “3+3”ə cəhd edir. Digər tərəfdən, Azərbaycanda ikitərəfli platformanın formalaşdırılmasından, yəni Ermənistanla Azərbaycan arasında danışıqlar yolu ilə sənədin imzalanmasına nail olunmasından fəal şəkildə danışırlar.

Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar platforması formalaşarsa, qarant ölkə olmayacaq və Bakı da Qərb platformalarının bu gün mütamadi  şəkildə danışdığı növbəti sanksiyalar təhlükəsindən xilas olacaq.

Politoloqun fikrincə, bu çətin vəziyyətdə sərfəli mövqe əldə etmək üçün Ermənistanın öz “yol xəritəsi” olmalıdır.

O, hesab edir ki, Ermənistan vaxtilə region ölkələri ilə regional ittifaq yaratmalı idi, bunu etmədi.

“Biz bu gün öz hərəkətlərimizlə regiona qarşı durduğumuz üçün indiki zamanda hər hansı regional platformada Ermənistanın maraqlarına əsaslanan mövqe gözləmək mənasızdır.

Ermənistan üçün ikitərəfli danışıqlar Azərbaycana gələcək müharibələr üçün kart-blanş verməklə eynidir. Çünki müqaviləni imzalamaq üçün ən azı o qədər hərbi balansa malik olmalısan ki, sən o müqavilənin təminatçısı ola biləsən.

Və biz bilirik ki, bu gün Ermənistan belə bir müqavilənin təminatçısı ola bilməz.Mən hesab edirəm ki, ikitərəfli platformadan danışmaq dövlətə xəyanətdir, intihardır”.

Politoloq Garnik Davtyanın qənaətincə , Bakı Qərb platformalarında danışıqlardan imtina etməklə Azərbaycanın Türkiyəsiz danışıqlara getməyəcəyini nəzərdə tutur.

Daha çox göstər
Back to top button