Karatedə cüt zərbə “renren” adlanır. Türklərin iqtisadiyyatında da “renren”i var. Bəs kimdən? Təbii ki, yaxın “dostlardan”. Birincisi, British Petroleum Türkiyədəki aktivlərini (700-dən çox yanacaqdoldurma məntəqəsi) satıb və 2024-cü ildə Türkiyə bazarını tərk edəcək. Böyük Britaniyanın neft şirkətinin Türkiyədə Osmanlı İmperiyasından qalma 111 illik tarixi başa çatmaq üzrədir.
Və növbəti zərbə ruslar və çinlilərdən gəlir – Türkiyənin Rusiyaya ixracı avqustda 11%, sentyabrda 25% azalıb. Amma eyni zamanda Çinin Rusiyaya ixracı oktyabrda 17% artıb. Türk iş adamları deryirlər ki, Rusiya bazarını itirdik.
Son illərdə böyük bizneslərin Türkiyədən getməsi və ya investisiyalarını azaltması tendensiyaları müşahidə olunur. 2019-cu ildə Volkswagen Türkiyədə avtomobillərinin yığılması üçün zavodun yaradılmasından imtina edib.
İki il əvvəl Honda Türkiyədən çıxdı. Ford 32 milyard dollarlıq investisiya planını ləğv etdi. Mazda da Türkiyədən gedir. HSBC Türkiyədəki filiallarının sayını azaldır. Türkiyə artıq bir sıra çətinliklərlə, o cümlədən ölkədə artan istehsal xərcləri və qlobal maliyyəyə çıxışda çətinliklərlə üzləşib.
Bütün bunlar Türkiyədə baş verir və yeni və yeni çətinliklərə səbəb olacaq, amma onlar hələ də “Qarabağ bizimdir” deyirlər. Hər şey mavi alovla yansın, amma bizimdir.Bəs bu nə vaxta qədər davam edəcək, ey köçərilər?







