
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın silah alması ilə bağlı Azərbaycanın narazılıqlarına geri nəzər yetirib. Ermənistan parlamentinin sədri qeyd edib ki, Azərbaycan Ermənistanın müdafiə silahları alması ilə bağlı hay-küy salır, lakin özü silahlanmaqda davam edir.
“Ermənistan Respublikası bir-iki maşın alır, Azərbaycan hay-küy salır. Azərbaycanda atom bombasından başqa hər şey var və dünyaya təqdim etməyə çalışır ki, guya Ermənistan silahlanır, hücum edir, hücum planları var.
Mən rəsmi şəkildə elan etmək istəyirəm. Ermənistan Respublikasının heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın milyardlarla dollar dəyərində silah almasına diqqət yetirməlidir.
Və sual yaranır ki, bu qədər silah və sursat Azərbaycana niyə lazımdır?” – deyə Simonyan deqeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin bəyanatları sadəcə bəyanat deyilsə, piar deyilsə və beynəlxalq ictimaiyyətin gözünə toz üfürmək məqsədini daşımırsa, elə olan zaman bunu əməllərlə gücləndirmək lazımdır.
“Əgər Azərbaycan sülhdən danışırsa, bunu sübut etmək üçün əsirlərin azad edilməsindən tutmuş razılaşdırılmış prinsiplərin həyata keçirilməsinə qədər bir çox addımlar atıla bilər” – deyən Simonyan söhbətin 3 prinsipdən getdiyinə aydınlıq gətirib. Ermənistan və Azərbaycan Avropa Birliyinin vasitəçiliyi ilə razılığa gəliblər.







