
Azərbaycan hakimiyyəti “AbzasMedia” araşdırma nəşrinin redaksiyasında axtarış aparıb və onun iki menecerini saxlayıb.
Həmin media məmurlar, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevə yaxın şəxslər arasında korrupsiyadan yazıb. Bu barədə BBC-nin rus xidmətinə istinadən məlumatlandırılıb.
“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 21-də polisin müşayiəti ilə mətbata gedib. Onun gözünün altında göyərmə olubvə o, həmin gün səhər saatlarında polisin onu yaxalayaraq döydüyünü bildirib.
Media idarəsində axtarış aparılıb, polis 40 min avro tapdıqlarını bildirib.
Noyabrın 21-i səhər saatlarında “AbzasMedia”nın redaktoru Sevinç Vaqifgızının evində də axtarış aparılıb. Vaqifqızı noyabrın 21-nə keçən gecə Azərbaycana qayıdarkən hava limanında həbs edilib.
Hakimiyyət Həsənli və Vaqifgızını pul qaçaqmalçılığında ittiham edib. Onları 12 ilə qədər həbs gözləyir.
Jurnalistlər günahlarını etiraf etməyiblər və AbzasMedia hesab edir ki, mətbunun rəhbərlərinin həbsinin əsl səbəbi onların apardıqları korrupsiya araşdırmalarıdır.
Beynəlxalq Jurnalistləri Müdafiəsi komitəsi və Amnesty International hüquq müdafiə təşkilatı da eyni fikirdədir və jurnalistlərin azadlığa buraxılmasını tələb edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də jurnalist Ülvi Həsənlinin həbsindən və “ona qarşı iddia edilən fiziki zorakılıqdan” narahat olduğunu bildirib.
AbzasMedia Azərbaycanda məmurlar arasında korrupsiya ilə bağlı araşdırmaları ilə tanınır. Jurnalistləri, məsələn, Zəngilan rayonunda texnoloji “ağıllı kənd”in tikintisinin arxasında prezidentin köməkçisinin qardaşına məxsus şirkət olduğunu aşkar ediblər.
Sevinç Vaqifqızı bir çox araşdırmaların müəllifidir. Bir neçə il əvvəl onun və bir neçə həmkarının ölkədən çıxışına qadağa qoyulmuşdu.
BBC qeyd edir ki, Azərbaycanda jurnalistlərin müxtəlif bəhanələrlə səyahətinə qadağa qoyulması qəbul edilmiş təcrübədir.
Bir çox jurnalistlər də həbs olunur. Oktyabr ayına olan məlumata görə, yerli hüquq müdafiəçilərinin dərc etdiyi siyasi məhbus siyahısında 200-dən çox ad mövcuddur. Cəmi bir neçə ay ərzində bu rəqəm iki dəfə artıb.
2022-ci ildə Azərbaycan Transparency International-ın korrupsiya indeksində Honduras, İraq, Myanma və Zimbabve ilə birlikdə 157-ci yerdə qərarlaşıb.
“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanla bağlı hesabatında yazır ki, ölkədə kütləvi informasiya vasitələri hakimiyyətin nəzarətindədir.
Azərbaycan hakimiyyəti bu ittihamları rədd edir, lakin ölkədə bir çox insanlar İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində kütləvi informasiya vasitələrinin vəziyyətinin daha da pisləşdiyini deyirlər.
Məqalədə bildirilir ki, Azərbaycanın aparıcı KİV-lərinin manşetlərinə nəzər salsaq, Azərbaycanda Əliyev və Dağlıq Qarabağdan başqa, demək olar ki, heç bir mövzunun olmadığı görünür.







