
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları mütəmadi olaraq Azərbaycanda saxlanılan erməni əsirlərə , eləcə də Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir.
Bu şəxslərə sonuncu dəfə oktyabrın sonu və noyabrın əvvəllərində baş çəkiblər. Bu barədə Azərbaycan mətbuatına BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koiç məlumat verib.
O, qeyd edib ki, həmin səfərlər zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin saxlanma şəraiti və onlarla olan rəftarla maraqlanıblar.
“BQXK həmin şəxslərin ailələri ilə təmas üçün şəraitin olub-olmamasını da yoxlayır və həmin şəraiti yaradır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq bu şəxslərə baş çəkdiyimiz zaman bu fəaliyyətdən irəli gələn bütün məlumatlar və məsələlər ötürülür və müvafiq strukturlarla yalnız ikitərəfli qaydada məxfi şəkildə müzakirə olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələləri müntəzəm olaraq həm azərbaycanlı, həm də erməni tərəflə müzakirə edir” – deyərək Koiç bildirib.
Mətn factor.am-ə məxsusdur.







