BaşlıcaSiyasət

Baş nazir AB və üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşüb

Baş nazir Nikol Paşinyan Avropa Birliyi və Avropa Birliyinə üzv ölkələrin Ermənistan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

Ermənistan hökumətindən verilən məlumata görə, görüşdə Ermənistan-Avropa Birliyi əməkdaşlığı və birgə proqramlar, xüsusən  Ermənistanda islahatların gündəliyi və AB-nin demokratik təsisatların gücləndirilməsinə davamlı dəstəyi ilə bağlı məsələlər müzakirə edilib.

Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağda 100 mindən çox məcburi köçkünün humanitar problemlərinə, habelə Ermənistan hökumətinin onların aradan qaldırılması üçün atdığı addımlara istinad edilib.

Mövcud problemlərin həllində beynəlxalq ictimaiyyətin dəstəyi vurğulanıb.

Regional təhlükəsizlik və sabitlik, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Baş nazir Nikol Paşinyan səfirlərin suallarını cavablandırıb və ER hökumətinin fikirlərini təqdim edib.

Daha çox göstər
Back to top button