Başlıcaİctimaiyyət

Dünyanın ən yaxşı ali təhsil müəssisələri Ermənistanda Akademiya şəhərciyi formalaşmasına yardım edəcək

Massaçusets Texnoloji İnstitutu, Münhen Texniki Universiteti və Kaliforniya Texnoloji İnstitutu Akademiya şəhərciyi yaratmaq layihəsi çərcivəsində Ermənistan höküməti ilə əməkdaşlıq etməyə hazırdırlar. Bu haqda Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan nazirlər kabineti iclasında demişdir.

“Xüsusilə, bu universitetlər gələcək Akademiya şəhərciyinin texnoloji klasterinin formalaşmasına kömək edəcəklər. Mədəniyyət universiteninin klasterinin planlaşdırılması London Mədəniyyət universiteti ilə müzakirə olunur”-deyərək o, əlavə etmişdir.

Ümumiyyətlə, 2024-cü il Fevralının sonunadak layihənin konspesiyası hazır olmalıdır, Aprelədək isə yollar, küçələr və landşaftla ətraflı plan olmalıdır. Qeyd edək ki, Massaçusets Texnoloji İnstitutu bir çox ekspertlərin və reytinqlərin versiyalarına görə dünyanın ən yaxşı ali təhsil müəssisəsidir.

Daha çox göstər
Back to top button