
Azərbaycanda qanunsuz saxlanılan bütün siyasi məhbuslar, hərbi əsirlər və girovlar beynəlxalq hüquq normalarına uyğun olaraq dərhal sərbəst buraxılmalıdır.
Verilən məlumata görə, Həqiqət və Ədalət Mərkəzinin “Azərbaycan bütün siyasi məhbusları, girovları və əsirləri azad etməlidir” adlı hesabatında məhz bu vurğulanır.
Hesabatda xatırladılır ki, Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağa hücum edərək ermənilərdən öz ata-baba yurdlarından etnik təmizləmə həyata keçirib.
10 gün ərzində 100 mindən artıq erməni Dağlıq Qarabağdan məcburi köçkün düşüb və Ermənistanda sığınacaq tapıb.
2020 və 2023-cü illərdə Dağlıq Qarabağa qarşı aparılan müharibələr zamanı Azərbaycan hakimiyyəti 200-ə yaxın erməni mülki vətəndaşını və hərbi qulluqçusunu əsir götürüb.
“Onlarla insan qanunsuz olaraq Azərbaycan həbsxanalarında qalır, bəziləri məhkəməni gözləyir, digərləri isə qanunsuz olaraq uzunmüddətli həbsə məhkum ediliblər” – deyə hesabatda bildirilir.
Hesabatda xatırladılıb ki, Azərbaycanın baş prokurorunun sözlərinə görə, Dağlıq Qarabağın 300 keçmiş lideri müharibələr zamanı törətdikləri hərbi cinayətlərə görə “istintaq altındadır”. Həmin liderlərdən 8-i həbs edilib, kameralar qarşısında alçaldılıb və Bakı həbsxanalarına aparılıb.
Onlar girovlar məsələsinə toxunaraq xatırladıblar ki, 2020-ci ildən indiyədək Dağlıq Qarabağ və onun ətrafında, eləcə də Ermənistanın sərhədlərində naməlum sayda mülki erməni vətəndaş Azərbaycan tərəfindən əsir götürülüb.
Hərbi əsirlərə gəlincə, hesabata görə, 36 erməni hərbi əsir hələ də Azərbaycan həbsxanalarındadır. Bununla belə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, bütün əsirlər azad edilməli idi.
Hesabatda vurğulanır ki, indi hər iki müharibə başa çatıb, bütün hərbi əsirlər Cenevrə Konvensiyalarına uyğun olaraq dərhal azad edilməlidir. Hərbi əsirlərin əksəriyyəti 2020-ci ildə rəsmi atəşkəsdən bir ay sonra Xtsaberd ərazisindən əsir götürülüb.
“Azərbaycanda qeyri-qanuni olaraq uzun müddətə azadlıqdan məhrum edilmiş bəziləri siyasi məhbuslar, hərbi əsirlər və girovlar beynəlxalq hüquq normalarına uyğun olaraq və ən azı Ermənistanla Azərbaycan arasında davam edən danışıqların etimadın möhkəmləndirilməsi məqsədilə dərhal azadlığa buraxılmalıdır.
Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ, Rusiya və AB vasitəçiləri, eləcə də digərləri Azərbaycanı onları qeyd-şərtsiz və dərhal azad etməyə çağırmağa borcludurlar” – deyərək hesabatda qeyd olunub.
Hesabatda bütün əsirlərin adları, o cümlədən Dağlıq Qarabağda rəhbər vəzifələrdə çalışmış şəxslər göstərilib. Onlar Araik Harutyunyan, Bako Sahakyan, Davit Babayan, Arkadi Ğukasyan, Ruben Vardanyan, Davit İşxanyan, Davit Manukyan, Levon Mnatsakanyan, habelə əsir götürülmüş mülki şəxslər və hərbi qulluqçulardır.







