BaşlıcaSiyasət

RF Prezidentinin köməkçisi Paşinyanın Sankt-Peterburqa MDB və Aİİ sammitlərinə gedəcəyini ehtimal edir

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirakehtimal edir.  Bu haqda TASS məlumatlandırıb.

“Düşünürəm ki, (red.: Ermənistan nümayəndələri) MDB ölkələrinin liderlərinin qeyri-rəsmi ənənəvi görüşünün keçiriləcəyi Sankt-Peterburqa gedəcək və orada Aİİ-nin rəsmi görüşü olacaqdır.

Qeyd edək, bu görüşdə (red: EAEU) sədrlik bizdən Ermənistana keçir, ona görə də hesab edirəm ki, Paşinyan estafeti Vladimir Vladimiroviç Putindən almağa gələcəkdir” – deyərək Uşakov jurnalistlərə  bəyan edib.

Daha çox göstər
Back to top button