
“Qərbi Azərbaycan” söhbəti Azərbaycanın sülh prosesinə olan səmimiyyətini şübhə altına alır. Verilən məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşın sualını cavablandırarkən bildirib.
“Sülh prosesinin əsas müddəalarından biri ondan ibarət olmalıdır ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə bu cür iddiaları irəli sürməmək üçün de-yure məcburi öhdəlik götürməyə hazırdır.
“Qərbi Azərbaycan”nə deməkdir? “Qərbi Azərbaycan” anlayışı Ermənistana qarşı yeni müharibənin formalaşdırılması, qurulması və əsaslandırılması anlayışıdır” – deyərək Baş nazir izah edib.







