
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və olaraq qalır, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib ki, Minsk sessiyasında Yerevan nümayəndələrinin iştirak etməməsindən “kəskin nəticə çıxarmaq mənasızdır”.
“Məncə, bu vəziyyətdən qəti nəticə çıxarmaq mənasızdır, Ermənistan bizim müttəfiqimiz olub və qalır. Düşünürəm ki, bu, hər şeyi deyir”, – deyə o bildirib.
“(KTMT) Katibliyinin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyırdı”, – deyən baş katib qeyd edərək əlvə edib,- “hər halda, bu, müstəqil və suveren dövlətin qərarıdır, hansı ki, bu, hər hansı başqa dövlət və ya təşkilatın təsiri altına düşə bilər”. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”.







