BaşlıcaSiyasət

Qardman-Şirvan-Naxıcevan Ümuerməni Birliyi Azərbaycanı beynəlxalq ifaçıların məsləhət və qərarlarına əməl etməyə çağırır

Qardman-Şirvan-Naxıcevan Ümumerməni birliyi Azərbaycanın beynəlxalq strukturların və nüfuzlu şəxslərin ünvanına səsləndirdiyi haqsız tənqidlərə münasibət bildirib.

Azərbaycan son zamanlar müxtəlif sahələrdə verdiyi açıqlama və şərhlərlə bir sıra beynəlxalq strukturları, nüfuzlu siyasi və ictimai xadimləri gözdən salmağa çalışır. Bu cür təcrübələr Azərbaycanın təkzibedici siyasətinə heç də yad deyil.

Azərbaycan məcburi köçkün ermənilərin hüquqlarının müdafiəsi üçün beynəlxalq platformalarda və mətbuatda verilən hər hansı bəyanatı və ya qərarı tənqid edir və ya rədd edir

 Əvəzində beynəlxalq  ifaçılara sivilizasiya dərsini verir, onları keçmiş hadisələr kimi qələmə verir. Ötən əsrdə ən azı üç dəfə irqi və dini ayrı-seçkilik zəminində əsl etnik təmizləmə həyata keçirmiş bir ölkə üçün bu cür əməllər qəbuledilməzdir.

Azərbaycan yalançı elmi və anti-tarixi tezislər tirajlamaqla özünün aqressiv etno-millətçi ekspansionist proqramlarını həyata keçirmək naminə müvafiq ideoloji əsaslar hazırlamağa çalışır.

 Biz isə Azərbaycan təbliğat maşınının başında duranlara öz xüsusi  tarixini deyil, dünya tarixini yenidən oxumağı tövsiyə edirik.

 Dünya tarixi dərsliklərində, məsələn, erməni Naxicevanı, tarixi Qardman, ermənilərin öz paytaxtlarının memarlığına, neft sənayesinə, sosial-mədəniyyət  inkişafına verdiyi töhfələrlə qaçılmaz qarşılaşacaqlar.

 Silsilələri sonsuz şəkildə saymaq olar. Qoy Azərbaycan sadə suala cavab verməyə çalışsın: Qədim Cuğanın Xaçkarları haradadır, niyə Bakı şəhərinin tarixindən erməni izi silinib, tarixi Qardmanın, Şirvanın, Naxicevanda yarım milyondan çox erməni  nə oldu, onlar oralarda  niyə yaşamır

Yalnız o zaman Azərbaycan tarixi faktlarla ədalətli üz-üzə gəlib keçmişdə baş verənləri dönməz həqiqət kimi qəbul edə bilərsə, bax o zaman özündən başqa günahkar axtarmaq kimi məhvedici kompleksdən xilas ola bilər.

Biz Azərbaycana tövsüyyə edirik ki,  həm beynəlxalq  ifaçıların məsləhətlərinə, həm də arbitraj strukturlarının qərarlarına, bəli  ayıq  dinləməyi tövsiyə edirik” – deyə  bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button