BaşlıcaSiyasət

Alen Simonyan: “Azərbaycanın Ermənistanın dağlıq aləmindən erməni izini silmək cəhdi baş tutmayacaq”

Azərbaycan multikultural ölkə olduğunu söyləməyi xoşlayır, lakin ermənilərin etnik təmizlənməsindən tutmuş, erməni kilsələrinin və tikililərinin məhvinə qədər israrla erməni olan hər şeyi silir.

Bu haqda parlament sədri jurnalistlərlə söhbətində deyib.

“Ermənilərin tarixi varlığını silməyə çalışdıqları başqa yerlər də olub, amma sonra başa düşüblər ki, bu, yalnız ölkənin reputasiyasına xələl gətirir.

Dünya tarixini bir gündə redaktə etmək olmaz, hamı üçün eyni olan ümumi tarixi prinsiplər  mövcuddur. Şəkər deməklə  ağız şirin olmur ki.

Erməni izini, erməni tarixini erməni dağlığından silmək cəhdlərini qəbuledilməz hesab edirəm” – deyə Alen Simonyan bildirib.

O, erməni tərəfini 30 illik işğaldan danışmaq əvəzinə oturub gələcəyi müzakirə etməyə çağırıb. “Bəsdir,yetər artıq  fasilə vermək lazımdır, gələcək haqqında danışmaq lazımdır.

Gələcəyi qurmaq və regiona sülh gətirmək üçün öz səylərindən istifadə etsinlər. Bu, əbədi davam edə bilməz”  – deyə Simonyan vurğulayıb

Daha çox göstər
Back to top button