
Parlament zalında “Bakıda erməni tarixi-mədəniyyət izi” rəmzli sərgi açılıbAlınan məlumata görə, tədbirdə parlamentin sədri Alen Simonyan, parlament üzvləri, xarici dövlətlərin rəsmiləri və digərləri iştirak edib.
Sərgidə Bakının erməni dini və tarixi-mədəniyyət irsi, erməni memarları və mühəndislərinin müəllifi olduğu tikililər, Bakının erməni maqnatlarının Azərbaycan hakimiyyətinin ya məhv etdiyi, ya da onlarda erməni izini təkzibedici irs nümayiş etdirilir.
“Qardman-Şirvan-Naxıcevan” Ümumaməni İttifaqınınsədri , parlamentin “KP” (Mülki müqavilə) fraksiyasının deputatı Vilen Gabrielyan açılış nitqində bildirib ki, Azərbaycandan məcburi köçkünlərin hüquqlarının bərpası üçün ardıcıl mübarizə aparacaqlar. .
“Məlum olduğu kimi kimi, ermənilərin Azərbaycandan məcburi köçü 1988-ci il fevralın 27-də Sumqayıt talanları ilə başlayıb, Bakıda və Azərbaycanın digər şəhərlərində davam edib.
Əslində beynəlxalq ictimaiyyətin, işğalçılıq və etnofobik siyasətin düzgün qiymətləndirilmənin olmaması,o zamanda Azərbaycan hökumətinin ermənilərə qarşı apardığı aqressiv və etnofobu bu günə qədər davam edib və bu yaxınlarda biz təkrarən Dağlıq Qarabağdan 100 mindən artıq erməninin məcburi köçü ilə üzləşməli olduq.
Hazırda Azərbaycanda doğulub Ermənistana köçmüş ermənilərin sayı 500 mindən artıqdır. Azərbaycandan köçən ermənilərin ümumi sayı isə 800 min nəfərdən çoxdur.
Qeyri-hökumət təşkilatımızın əsas məqsədi Qardman, Şirvan və Naxicevan ermənilərinin pozulmuş hüquqlarının tarixi-mədəniyyət irsindən tutmuş qayıdış hüququna qədər layiqincə yüksəldilməsi, qeydə alınması və bərpası üçün ardıcıl mübarizə aparmaqdır”- deyərək Gabrielyan vurğulayıb.
Deputat əmin edib ki, Azərbaycan hakimiyyəti ermənilərin pozulmuş hüquqlarını bərpa edəcək və faktiki olaraq təmin edəcək, onlar bütün sahələrdə yaradıcılıqlarını davam etdirərək öz doğma yurdlarına, Azərbaycan Respublikasına qayıtmağa hazırdırlar.
“Qardman-Şirvan-Naxıcevan” Ümumerməni İttifaqının sədr müavini Mariyam Avaqyanın sözlərinə görə, Bakıdan olan qaçqınlar Azərbaycanın 1960-cı illərdən anti-erməni siyasəti apardığına və son vaxtlara qədər davam etdiyinə dair çoxsaylı şəhadətlər veriblər.
“Bakı orada ermənilərin yaşadığını, fars və erməni mədəniyyətinə əsaslanan qüdrətli şəhər olduğunu xatırlamaq istəmir. Bakı təkcə sənaye şəhəri deyildi, Cənubi Qafqazın bütün siyasi fikrinin inkişafı da oradakeçirilib.
Və Bu gün Bakıda bir siyasi fikir var: insanlığa və ermənilərə nifrətçilik
2023-cü il sentyabrrın 19-20-də Artsax Respublikasında baş verənlər 1988-ci ilin martında başlayan Bakı ermənilərinin qırğınının davamlı bir fenomeni idi və son həddə çatdı.
Kulminasiya nöqtəsi 19 yanvar 1990-cı ildə Bakıda hakimiyyət həmin əraziləri ermənilərdən təmizləməyəcəhd etdi, Sumqayıtı, Şirvanı təmizlədilər, bütün Abşeron yarımadası erməni məskənləri idi və 1990-cı ildə orada bir nəfər erməni də yaşamırdı.
Xatırladaq ki, Bakı eyni zamanda mədəniyyət şəhəri idi və mədəniyyətin sütunlarından biri də erməni memarlıq düşüncəsi idi” – deyə Avaqyan bildirib.
Parlament sədrinin fikrincə, biz bu hadisələrdən dərs götürməli, nəticə çıxarmalı və sülhə can atmalıyıq.
“Biz mütəmadi olaraq Azərbaycanda nə qədər erməninin yaşadığından danışırıq, Ermənistanda nə qədər azərbaycanlının yaşadığından da danışırıq. Hansı ildə nə baş verdiyini, necə baş verdiyini daim xatırlayırıq, bəs tarixdən hansı dərsləri dərmişik və bundan hansı nəticələr çıxarmalıyıq?
Yan-yanaşı yaşayan insanların mühüm bir komponenti var idi: onlarda sülh var idi. Düşünürəm ki, bütün bunların nəticəsi o olmalıdır ki, biz regionumuza sülh gətirmək üçün hər cür səy göstərməliyik.
Belə olan halda, bəli, bir çox ermənilər öz evlərinə, yaşadıqları qəsəbələrə qayıtmaq arzusunu ifadə edəcəklər. İstisna etmirəm ki, Azərbaycan Respublikası vətəndaşları da arzularını ifadə edib Ermənistan Respublikasına qayıdacaqlar” – deyə Simonyan yekunlaşdırıb.







