Başlıcaİctimaiyyət
Azərbaycanda iki hərbiçi dəm qazından zəhərlənərək ölüb

Dekabrın 3-də Azərbaycanın Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 hərbi qulluqçu dəm qazından zəhərlənərək həlak olub. Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, onların ölüm faktı üzrə araşdırma aparılır.
Hadisə dekabrın 3-də Salyan şəhərində qeydə alınıb. Dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər.







