
Müstəqil Dövlətlər Birliyi hökümətlərinin başçılarının görüşü Rusiyanın təşşəbüsü ilə Dekabrın 18-də Moskvada keçirilməyi planlaşdırılır. Bu haqda MDB-nin baş katibi bildirmişdir.
“Rusiya Federasiyası tərəfindən təşkil edilmiş MDB hökümətləri başçılarının görüşü növbədənkənardır. Güman edilir ki, bu Dekabrın 18-də Moskvada Rusiya Federasiyasının Baş naziri Mixayil Mişustinin başçılığı ilə keçiriləcək”-deyə o, Minskda MDB İcraedici komitəsndə, iştirakçı ölkələrin daimi nümayəndələri şurasının iclasından əvvəl məlumat vermişdir.







