
Davam edən anti-israil etirazları və terror gruplaşmaları tərəfindən əhəmiyyətli gücləndirilən təhlükəsi ilə bağlı İsrailin Milli təhlükəsizlik Şurası israillilərin təhlükəsiz olmadığı və bu bölgələrə səyahət etməkdən çəkinməli olduğu ölkələrin siyahısını dərc etmişdir.
Rusiya (Şimali Qafqazda – 3-cü səviyyə), Ukrayna, Azərbaycan, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya, Braziliya, Argentina və Avstraliya üçün təhlükə göstəricisi ikinci səviyyəyə (4-dən) yüksəldilmişdir.
Cənubi Afrika, Eritreya və bəzi Asiya ölkələri, eləcə də Mərkəzi Asiya dövlətləri: Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Qırğızıstan üçün daha ciddi xəbərdarlıq – üçüncü səviyyə elan edilib.
Təhlükəsiz Avropa istiqamətləri siyahısına Ermənistan, Moldova, Belarusiya, Baltikyanı ölkələr, Polşa, Çexiya, Slovakiya, Rumıniya, İsveçrə, Kipr, Xorvatiya, Serbiya, Sloveniya, Şimali Makedoniya, Finlandiya, Norveç və Danimarka daxildirlər.
Deməli, Ermənistan yəhudilər üçün təhlükəsiz ölkədir, Azərbaycan isə onlar üçün daha təhlükəliyə çevirilib.
Bəs Ermənistan üzrə böhtan yazan bu 50 korrupsioner ravvin haradadır? Ermənistanı yəhudilər üçün təhlükəli adlandıran bu bakılı ravvin haradadır? Nəhayət, Bakıda bu dəbdəbəli “Avropa ravvinlərinin qurultayı” haradadır, niyə keçirilməmişdir?







