
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi 20-dən az maddədən ibarət kiçik sənəddir.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən konfransda deyib.
“Sülh müqaviləsi ən çoxu 6-7 səhifəlik, 20-dən az maddədən ibarət sənəddir. Eyni zamanda, Ermənistanın şərhlərimizə cavab verməsi 70 gün çəkdi”, – deyə Əliyev qeyd edib.
Azərbaycan prezidenti əlavə edib ki, ümumilikdə Bakı ilə Yerevan arasında sülh müqaviləsi layihəsi ilə bağlı 5-6 şərh müqabiləsi aparılıb.
“Azərbaycan tərəfi son şərhini sentyabrın 11-də göndərib”, – deyə o əlavə edib.
Ermənistan Xarici İşlər Nazirliyi noyabrın 21-də bəyan edib ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı 6-cı təklifi Azərbaycana verilib. Dekabrın 4-də ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Azərbaycan tərəfdən hələlik cavab almadıqlarını açıqlayıb.







