
Ermənistan Hinditanı üçün Cənubi Qafqaz regionunda əhəmiyyətli tərəfdaşdır. Yerevan Hindistanı Kaşmir məsələsində, Hindistanın BMT Təhlükəsizlik şurasının daimi üzvü olmağı üçün səyləri həmişə qeyd-şərtsiz dəstəkləmişdir. Ermənistan Hindistanla mehriban münasibətləri olan regionun yeganə ölkəsidir.
Bu haqda Dekabrın 5-də “Hind-erməni dostluğu” İctimai təşkilatının sədri Ranacay Anand “Yeni regional reallıqlar” və “Sülh kəsişməsi” konfransında bildirmişdir.
Onun sözlərincə, geosiyasi, terrorismə qarşı mübarizə məsələlərində Hindistan və Ermənistan ümumi maraqlar güdürlər.
O, vurğulayıb ki, Hindistanın Azərbaycan və Gürcüstanla da yaxşı münasibətləri var.
“Lakin Ermənistanın təhlükəsizlik sahəsində olan problemlərini nəzərə alaraq, Hindistan Yerevanı dəstəkləməyi çalışır. Söz regionda sülhün qorunması, gərginliyin və yeni təxribatçıların olmaması naminə güc balansının yaradılmasından gedir. Ermənistanla dostluq etmək digər ölkələr ilə düşmənçilik demək deyil, biz regionda güc balansını yaradırıq”- deyə ekspert məlumat vermişdir.
O, bildirib ki, Hindistan ÜDM-in nominal dəyəri ilə dünyanın 5-ci, alıcılıq qabiliyyətiylə isə 3-cü nəhəng iqtisadiyyatıdır.
“Gələcəkdə Çinin yox, məhz Hindistanın qlobal inkişafda lider olacağı qabaqcadan görülür. Hindistanın Cənubi Qafqazda geosiyasəti, tranzit imkanları, həmçinin enerji təhlükəsizliyi baxımından öz maraqları var. Ermənistanın “Sülh kəsişməsi” layihəsi məhz Hindistanın yanaşmaları ilə uyğundur”-deyə Ranancay Anand ümumiləşdirmişdir.







