
ABŞ dövlət katibinin köməkçisi vəzivəsini icra edən Yuri Kimin Senata ABŞ-ın Dağlıq Qarabağın xristiyan icmasına qarşı hərbi əməliyyatlara dözməyəcəyini söyləməsindən cəmi beş gün sonra Azərbaycanın diktatoru öz ordusuna hücüm əmrini verib.
Beləliklə, Azərbaycan qoşunları regionun 120 min kişi, qadın və uşağını qaçmağa məcbur etdiyi üçün dünyanın ən qədim xristiyan icmalarından birinə son qoyuldu.
Təbii ki, Pekindən Bakıya qədər olan diktatorlar president Co Baydenin zəiflik və çaşqınlığını təcəvüz ücün yaşıl işıq kimi şərh edirlər. Dövlət Departamenti dialoqun gücünə inansa da, münaqişəyə yalnız həqiqi fikir ayrılığı obyektivindən baxmaq çox vaxt uğursuzluğa gətirib çıxarır. İdeologiya önəmlidir.
Azərbaycan prezidenti İlham Əliyevin ermənilərə münasibətini irqçilik müəyyən etdiyinə dair kifayət qədər sübutlar mövcuddur. İndi isə, deyəsən, xəsislik də var. Bu baxımdan azərbaycanlı alim Qubad İbadoğlunun işi ibrətamizdir. Ötən ilin yayında Əliyevin göstərişi ilə həbs edilən İbadoğlu şəkərli diabet və ürək-damar xəstəlikləri ilə bağlı əsas tibbi yardımdan məhrum olmaqla həbsxanada ləngiyir. İbadoğlu alovlu müxalifətçi olmayıb.Daha doğrusu, o, diqqətli tədqiqatçı olub və Əliyevin işisə onu susdurmaq olub.
Q.İbadoğlunun hesabatlarında Əliyevin şəxsi maraqları üçün Dağlıq Qarabağda əsas kənd təsərrüfatı torpaqlarını necə zəbt etməsi sənədləşdirilir. Əliyev təbliğat məqsədilə minalardan kinli şəkildə şikayət etsə belə, o, ABŞ tərəfindən maliyyələşdirilən HALO Trust-ı minatəmizləmə əməliyyatlarını dayandırmağa məcbur edib və əvəzində donorlardan minalardan təmizləmə pullarını onun vasitəsilə köçürməsini tələb edir. Onun məqsədi monopoliyadır
Q.İbadoğlu Azərbaycan hökumətinin digər fermerlərin Qarabağda işləməsinə necə icazə vermədiyini sənədləşdirir. Onun sözlərinə görə, “Qarabağda torpaq icarəyə götürən bütün şirkətlər ya prezidentin ailəsinə, ya da yüksək vəzifəli məmurlara məxsusdur”.
Əliyevin Qarabağı sadə azərbaycanlılar üçün azad etdiyi təbliğatı sadəcə olaraq ağ yalandır.
Əliyev əvvəlcə öz tikinti şirkətlərinə milyardlarla dollar xərcləyərək, daha sonra Azərbaycan müqavilələrini udmaq istəyənləri hədsiz rüsum ödəməyə məcbur etməklə ikiqat qazanc əldə edir.
Əliyev və onun təbliğatçıları “Qarabağ Azərbaycandır” ifadəsini mantra kimi təkrar edə bilərlər
Bununla belə Azərbaycan indiyədək heç vaxt regiona tam nəzarət etməyib. Bu tarixi reallıq ondan ibarətdir ki, Əliyev azərbaycanlıları Qarabağda yaşamağa məcbur etməkdə çətinlik çəkib.
Azərbaycan jurnalistlərin yenidənqurma işlərini inandırıcı şəkildə Qərbdən olanlara nümayiş etdirmək naminə dəbdəbəli səyahətlərə sponsorluq etdiyi halda, Azərbaycanın öyündüyü yenidənqurma, hər iki ölkənin hakim rejimləri ilə sıx əlaqəsi olan Türkiyə və Azərbaycan şirkətlərinə verilən müqavilələr korrupsiyadır, çünki onların pullarının yuyulması üçün boş qapıqlar tikilir.
Mənfəət istəyi müharibəyə başlamaq və yer üzündəki ən qədim xristian əhalisini öz torpaqlarından qovmaq qərarına təsir etdi. Busa, Vaşinqtonun susqunluğunu olduqca biabırçı edir.







