
Brüseldə Dekabrın 11-də Şərq tərəfdaşlıq ölkələrin Xİ nazirlərinin görüşü keçiriləcək. Bildirilir ki, tədbirdə AB-nə üzv ölkələrinin Xİ nazirləri və onların Şərq tərəfdaşlığının altı üzvündən beş tərəfdaşı, o cümlədən Ermənistan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna da iştirak edəcək.
Görüş AB Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçirələcək. Tədbirdə həmçinin AB-nin komissarı Oliver Varhei iştirak edəcəkdir.
“Nazirlər Şərq tərəfdaşlığı haqqında fikir mübadiləsi keçirəcək, onun nailiyyətləri və gələcək siyasəti ilə bağlı konkret təkliflərlə çıxış edəcəklər.
Görüşdə “Şərq tərəfdaşlığı”nın üzv və tərəfdaş ölkələrinin 2024-cü ildəki birgə işinin əsas önəmliklərini və ehtiyaclarının təmin edilməsinin necə davam ediləcəyi məsələsinə toxunmuşlar”-deyə AB-i Şurasının səhifəsində dərc edilmiş məlumatda bildirilib.
“Şərqi tərəfdaşlığı” Mülki ictimayyiət Forumunun nümayəndələri çıxışlarla nazirlərə müraciət edəcəklər. Xatırladaq ki, Belarus son illərdə görüşlərdə iştirak etmir.







