
Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar planlaşdırılmır.
Bu barədə XİN mətbuat katibi Ani Badalyan “NEWS.am”-in sorğusunun cavabında bildirib.
“Azərbaycanın xarici işlər naziri Bayramovla danışıqlar və ya görüş planlaşdırılmır”, – XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, dekabrın 11-12-də Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq. Nazir dekabrın 11-də Aİ Xarici İşlər Nazirləri Şurasının formatında keçiriləcək iclasda iştirak edəcək.
ER XİN başçısı Aİ Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə də iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.







