
“Ermənistan hansı döyüş sursatı aldığını çox yaxşı araşdırır”.
Bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sargis Xandanyan deyib.
Onun sözlərinə görə, Ermənistanı bəzi növ müdafiə vasitələri ilə təmin edən tərəfdaşlarla Yerevan arasında mövcud olan qarşılıqlı etimad çox təhlükəsizdir.
“Əlavə dəqiqləşdirmələr üçün Müdafiə Nazirliyi ilə danışmağı təklif edəcəm, onlar sizi əmin etsinlər ki, Rusiya tərəfinin verdiyi o şərhlər məntiqli və düzgün deyil”, – deyə Xandanyan bildirib.
Ermənistanın çoxdan pulunu ödədiyi Rusiya silahlarının tədarükü ilə bağlı məsələnin necə baş verdiyini soruşduqda Xandanyan cavab verib ki, onlar bu məsələni həmişə qaldırırlar.
“Ümid edirəm ki, bu məsələ tərəfdaşlıq şəraitində həll olunacaq və Rusiya Ermənistan qarşısında götürdüyü öhdəlikləri bir növ yerinə yetirəcək”, – deyə o əlavə edib.







