
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının formatında keçirilən sessiya çərçivəsində Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və Aİ rəsmiləri ilə görüşlər keçirib.
Avropa İttifaqına üzv olan bir sıra ölkələrin xarici işlər nazirləri Ararat Mirzoyanla görüş barədə X mikrobloqlarında paylaşım ediblər.
“Nazir Mirzoyanla yaxşı görüş idi. Biz Aİ-nin Ermənistana güclü siyasi dəstəyini bir daha təsdiqlədik və əməkdaşlığı genişləndirmək, regionda davamlı sülhü təşviq etmək imkanlarını araşdırdıq”, – deyə Belçikanın xarici işlər naziri Haja Lahbib yazıb.
Maltanın xarici işlər naziri Yan Borq qeyd edib ki, Malta ATƏT-ə sədrlik edən ölkə kimi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləyəcək.
Rumıniyanın xarici işlər naziri Luminica Odobesku qeyd edib ki, Rumıniya Aİ-nin Ermənistanla əməkdaşlıq gündəliyini dəstəkləyir.
“Rumıniya Ermənistanla ikitərəfli, eləcə də Aİ səviyyəsində işləməyə hazırdır”, – o yazıb.







