
Ermənistan Respublikası Parlamentinin sədr müavini Hakob Arşakyan öz Facebook səhifəsində yazaraq bildirmişdir ki, Parlament 95 leh səslə “Ermənistan Respublikası və Hindistan Respublikası hökümətlərinin arasında gömrük məsələlərin əməkdaşlığı və qarşılıqlı yardım haqqında” razılaşmanı yekdiliklə təsdiqləmişdir.
“Ermənistan-Hindistan parlament dostluq qrupunun sədri Hindistanla münasibətlərin dərinləşməsini vacib hesab edir. Bu həmçinin “Sülh kəsişməsi” layihəsinin həyata keçirmək yolunda vacib addımdır.
Parlament tərəfindən Ermənistan və Hindistan arasında parlament münasibətlərin inkişafı istiqamətində addımlar atılır”-deyə Arşakyan yazmışdır.
Daha öncə, Parlamentin Ermənistan və Hindistan arasında gömrük məsələlərinin əməkdaşlığı üzrə razılaşmanın təsdiqləməsi haqqında bildirmişik.
2023-cü ilin İyunun 23-də Brüseldə “Ermənistan Respublikası və Hindistan Respublikası hölümətləri arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşması imzalanmışdır. Bunula belə, Ermənistan və Hindistanın gömrük xitmətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün əsaslar yaradılır.
Sənəd gömrük məsələlərində qarşılıqlı inzibati yardım və bu məqsədlə məlumat mübadiləsini nəzərdə tutur. Razılaşmanın həyata keçirilməsi, həmçinin buraxılışdan sonrakı müşahidə sorğuları üçün hüquqi əsaslar təmin etmək üçün mühüm əhəmiyyət kəsb edəcək.
“Sazişdən istifadə etməklə iki ölkənin müvafiq qurumları arasında birbaşa əlaqə yaradılacaq ki, bu da Hindistandan Ermənistana idxal və Ermənistandan Hindistana ixrac zamanı gömrük qaydalarının pozulması hallarının müəyyən edilməsinə, mövcud problemlərin ən sürətli və effektiv həllinə müsbət təsir göstərəcək”, – deyə Dövlət Gəlişlər komitəsinin sədr müavini Aşot Muradyan əlavə edərək qeyd edib ki, məlumat mübadiləsinin başqa məqsədlər üçün deyil, yalnız gömrük inzibatçılığının həyata keçirilməsi üçün istifadə edilməsi barədə razılıq əldə olunub.







