BaşlıcaSiyasət

Yunanıstanın Xarici işlər naziri yaxın gələcəkdə Ermənitana səfər etmək niyyətindədir

Yunanıstanın Xarici işlər naziri Giorgos Gerapetitis yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətində olduğunu bildirmişdir. Bu haqda Yunanıstanın Xarici işlər naziri Avropa Birliyinin Xİ nazirlər şurası  iclasının başlanğıcı ərzində  bəyanat vermişdir.

“Biz bu gün Xarici münasibətlərin şurasına ağır və vacib gündəliklə gəlmişik. Ermənistan və AB-i arasında olan münasibətlər   məsələsindən başlayacağıq. Yunanıstan hazırda Cənubi Qafqazda keçirilən sülh prosesini alqışlayır.

Yunan Respublikasının səyləri nəticəsində bu gün Ermənistan regionda sabit sülhə yönəlmiş mövqelərini  daha geniş şəkildə təqdim etmək naminə  üçün  Xarici işlər şurasına dəvət edilmişdir.

Mən şəxsən Ermənistanın Xarici işlər naziri ilə uzun söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm. Bu gün həmçinin iki ölkənin həm Ermənistan, həm də Azərbaycanın Xarici işlər nazirlərini görmək imkanım olacaq”-deyə Yunanıstanın Xİ naziri bildirib.

Daha çox göstər
Back to top button