
Ermənistan Parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan israr edir ki, Azərbaycanla hər hansı razılığa gəlməmişdən əvvəl həmin razılaşmanın təmin olunmasına zəmanət olmalıdır. “Armenpress” xəbər verir ki, Xaçatryan parlamentin keçirdiyi brifinqdə Azərbaycanın son birgə bəyanatına toxunaraq belə mövqe bildirib.
Artur Xaçatryan vurğulayıb ki, noyabrın 9-dan sonra Azərbaycan bu razılaşmanı pozaraq müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin çağırışlarına məhəl qoymayaraq qanunsuz olaraq erməni hərbçilərini əsir götürüb.
“Bundan başqa, o, Ermənistandan siyasi güzəşt tələb edir. Gəlin etiraf edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (“COP29”) Tərəflər Konfransının 29-cu Sessiyasının Azərbaycanda keçirilməsi Azərbaycana kifayət qədər böyük siyasi divident verəcək”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan üzbəüz danışıqlar tələb edir ki, sözü hər hansı şəkildə dəyişdirə bilsin, zəmanət olmasın.
“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan vurğulayıb ki, bütün əsirlərin tez bir zamanda qaytarılması hamının arzusudur:
“Məncə, bu jestlə bağlı razılıq əldə olunub ki, sülh sənədi iki ölkə arasında münasibətlərin formalaşması prosesinə uyğun olaraq sürətləndirilsin”, – deyə Ohanyan bildirib.







