
Ermənistan Parlamentinin “Mülki müqavilə” (KP) fraksiyası deputatının qiymətləndirməsinə görə, Ermənistan hazırda Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin və çox səmərəli şəkildə danışıqlar aparır. Bu mövqeyi Hakobyan Parlamentdə jurnalislərlə söhbətində bildirmişdir.
“Ermənistan Respublikası Azərbaycanla hazırda sülh müqaviləsi üzrə dərin danışıqlar prosesindədir. Bu gün bizim gündəliyimiz sülh müqaviləsi və ondan irəli gələn addımların uğurlarıdır. Hesab edirəm ki, biz sülh müqaviləsi və sülhün, təhlükəsizliyin yekun bərqərar olunmasını etiraz olmadan realığa çevirməliyik”-deyə Hakobyan məlumat vermişdir.
Eyni zamanda deputat zəmanət vermişdir ki, Ermənistan öz vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlər üstündə göz bağlaya bilmir və bütün platformalarda Dağlıq Qarabağda baş vermiş pozuntular haqqında danışır.
Deputat AB Xarici siyasət və təhlükəsilzlik üzrə məsələlərinin ali nümayəndəsi Jozep Borelin Cənubi Qafqaz regionunda sülhə çatmaq üçün tarixi imkanın olduğu qiyməti ilə razılaşır.
“Bu imkanlar ikitərəfli razılaşmaların nəticəsindən əks olunur. Mənim fikirmcə, hazırda iki ölkə arasında sülh müqaviləsinin alternativin omadığı üçün qarşılıqlı anlaşma var. Bu bizim son zamanlarda əldə etdiyimiz ən böyük nailiyyətidir. Ermənistan Respublikası artıq uzun müddətdir ki, sülhü öz gündəliyində prioritetə çevrərək sülh müqaviləsinin imzalanması istiqamətiylə gedir”-deyə o, qeyd etmişdir.







