
Ermənistan Respublikasının Parlament sədri Alen Simonyan Dekabrın 13-də Kanadanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Endryu Tırneri qəbul etmişdir.
Alen Simonayn səfiri məsuliyyətli vəzifə tutması ilə əlaqədar təbrik edərək ümidvar oduğunu bildirmişdir ki, Kanadanın Ermənistandakı səfirliyinin açılması və Edryu Tırnerin birinci rezident səfir kimi təyin edilməsi iki ölkə arasındakı münasibətlər prosessində yeni stimul olacaq.
ER Parlament sədri regional çağırışlara toxunaraq vurğulamışdır ki, “Biz təhlükəsizliyimizin əsas sisteminin demokratiyanın olduğunu anlayırıq. Ümidvarıq ki, beynalxalq tərəfdaşlar demokratik Ermənistana regionda uzunmüddətli sülhün bərqərar olunması işində dəstək olacaqlar”.
Bu kontekstdə parlament sədri səfirə Azərbaycanla sülh müqaviləsinin imzalaması prosesini təqdim etmiş, Azərbaycanda saxlanılmış əsirlərin dərhəl geri qaytarılmasına toxunmuşdur. Alen Simonyanın sözlərincə, hətta Ermənistan və Azərbaycan arasında əsrlərin mübadiləsi ətrafında razılaşmalarının həyata keçirilməsindən sonra belə, həmin ölkədə erməni əsirlər hələ də qalacaqlar.
Səfir gələcək əməkdaşlığa hazır olduğunu bildirmiş və qeyd etmişdir ki, Kanada Ermənistanın ərazi bütövlüyü, suverenliyi və demokratiyasını dəstkələyir.
Onun sözlərincə, Kanadanın Xarici işlər nazirinin Ermənistana səfəri və səfirliyin açılması Ermənistanın demokratiyasını dəstəkləməyə daha bir sübutdur.







