
ER xüsusi tapşırıqlar səfiri Edmon Marukyan 32 erməni əsirinin Azərbaycandan qaytarılmasını müsbət qiymətləndirir.
“Bu addım tərəflər arasında mövcud olmayan etimadın müəyyən hissəsini yaratmaq imkanı verir. Sülh üçün biz etimad körpüləri qurmalıyıq”, – səfir qeyd edib.
Onun fikrincə, yekun sülhün olması üçün tərəflər bəzi məsələlərdə bir-birlərinə etibar etməyə başlamalıdırlar. Marukyan vurğulayıb ki, 32 hərbi əsirin qaytarılması Ermənistan üçün çox mühüm və fundamental addımdır.
Xatırladaq ki, dekabrın 7-də Ermənistan Respublikası Baş nazirinin aparatı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası birgə bəyanat yayaraq, Azərbaycan Respublikasının 32 erməni hərbçisini azad etdiyi, və Ermənistan da öz növbəsində məhkum olunmuş 2 azərbaycanlı hərbçini azad edir. Bu gün Qazaxıstan-İcevan sərhədində hərbi əsirlərin mübadiləsi baş tutub.







