Fransanın Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunda “Suşi: Qafqazın mirvarisi” konfransı keçirilib

Dekabrın 11-12-də Fransanın Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunda (İNALCO) “Suşi: Qafqazın mirvarisi” adlı ikigünlük konfrans keçirilib.
Konfransın açılışında Müqəddəs Eçmiədzin nümayəndələri iştirak ediblər. Tədbirdə Fransa Senatının vitse-prezidenti Pyer Ouzoulias da çıxış edib.
Konfransda Fransa Erməni Yeparxiyasının rəhbəri Qriqor Xaçatryan, ER Fransadakı səfiri Hasmik Tolmacyan, Fransa Milli Mədəni İrs İnstitutunun direktoru Şarl Personaz, erməni və xarici alimlər, siyasi, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.
Konfrans çərçivəsində Şuşinin və ümumilikdə Artsaxın mənəvi-mədəni irsinin qorunub saxlanması məsələlərinə dair məruzələr olub, Ermənistan və Fransa xadimlərinin bu istiqamətdə əməkdaşlıq yolları göstərilmişdir.







