
Azərbaycan prezidenti Ermənistana qarşı heç bir ərazi ambisiyasının olmadığını bəyan etsə də, kommunikasiya yolalrının açılması ilə bağlı fikir ayrılıqları var.
Bu barədə “Azatutyun” müsahibəsində Avropa Şurasının prezidenti Şarl Mişel bildirdi.
“Əslində, düzünü desəm, Naxçivanı Azərbaycanla birləşdirməyin konkret yolları, onların Ermənistanın suverenliyinə və qanunvericiliyinə hörmət etmələrinə əmin olmaqda mübahisə var”, – Mişel bildirib.
Regionda Qərbin sülhə töhfə vermək cəhdlərinə baxmayaraq, əslində son bir ayda Avropa İttifaqı və Vaşinqtonun vasitəçiliyi ilə davam edən danışıqlar dayanıb. Azərbaycan prezidenti müxtəlif səbəblərlə üç görüşdən imtina edib.
“Sizdə belə təəssürat yaranmır ki, Azərbaycan tərəfi prosesi gecikdirir və sizi çaşdırır?” sualına cavab olaraq Şarl Mişel qeyd edib ki, “Brüssel optimistdir və yeni görüş təşkil etmək cəhdlərini davam etdirir”.
Lakin Bakı hələ ki, yüksək səviyyəli görüşə razılıq verməyib.







