
“Şərəfim var” fraksiyasının deputatı Taquhi Tovmasyan vurğulamışdır ki, regionda sülhün bərqərar olunmasını ən çox özü istəyir, lakin Azərbaycan kimi ölkə ilə sülhə çatmaq mümkün deyil.
Bu haqda Taquhi Tovmasyan parlament brifinqi zamanı hal-hazırda Azərbaycanla sülh müqaviləsinin imzalanması hansı nəticəyə gətirib çıxa biləcəyi sualına toxunaraq bildirmişdir.
“Mən sərhədyanı regionda yaşayan sakin kimi sülh yaratmaq və sülh atmosferində yaşamağı bu planetdə ən çox istəyənlərdənəm, lakin bu hakimiyyət sülh haqqında nə qədər çox danışır, biz düşmən tərəfindən bir o qədər daha çox təxribatla üzləşirik. Mən Vardenisdə müntəzəm olaraq atəş səslərini eşidirəm, və sərhədyanı rayon sakinlərindən çoxu məhz bu “sülhün” atəşləri altında gecələyir.
Odur ki, mən bu realığı nəzərə alaraq bu sülhə inanmıram. Çox istərdim, lakin inanmıram. Nə isə sənədin imzlanmasından sonra da sülhün qorunmasına inanmıram, çünki bu təcrübəni artıq sınamışıq”-deyə Tovmasyan bildirmişdir.
Tovmasyan 32 erməni əsirinin vətənə qayıtmasına toxunaraq, bu fakta şad olduğunu bildirmişdir, lakin siyahidə Dağlıq Qarabağın hərbi siyasi nümayəndələrindən heç birin olmadığı faktı ağrılı hesab edir.







