BaşlıcaSiyasət

Platformaların dəyişdirilməsi Azərbaycanın danışıqlardan yayınmaq taktikası ola bilər: Xandanyan

Ermənistan Azərbaycanla sülh danışıqlarının effektivliyini başladıqları formatda, platformada təsəvvür edir. Bunu Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sargis Xandanyan danışıqlarla bağlı Rusiyanın son açıqlamasına toxunurkən deyib.

“Ermənistan tərəfi hər zaman danışıqlara hazırdır. Təəssüf ki, son aylarda görürük ki, Azərbaycan danışıqlardan yayınır, iştirak etmir. Biz tərəfdaşlarımızın Azərbaycanı danışıqlar masasına gətirə biləcəklərini gözləyirik”, – Xandanyan bildirib.

Xandanyan danışıqların formatını deyil, məzmununu əhəmiyyətli sayıb. “Müəyyən danışıqlar məntiqi formalaşıb, o, davamlı olmalıdır. Danışıq platformalarının dəyişdirilməsi Azərbaycanın danışıqlardan yayınmaq taktikası ola bilər. Ona görə də biz danışıqların məntiqinin davamlı olmasını istəyirik”, – deyə deputat bildirib.

9 noyabr sənədinin taleyini nəzərə alaraq erməni tərəfinin Rusiya platformasına etibar edib-etməməsi ilə bağlı sualına keçən deputat deyib: “Təəssüf ki, bu gün elə vəziyyətə düşmüşük ki, bəyanatın Laçın dəhlizi və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, DQ-də qalmaları ilə bağlı əsas prinsipial məsələlər həyata keçirilmədi. Burada həmin haqlı narahatlıq və sual qalır”, – Xandanyan bildirib.

Daha çox göstər
Back to top button