
Avrasiya İqtisadi Birliyi və İran arasında ticarəti asanlaşacaq. Ermənistan Respublikası höküməti “AİB və onun üzv dövlətləri və İran İslam Respublikası arasında azad ticarət haqqında” razılaşmanın imzalamasını təsdiq edib.
Qeyd edilir ki, razılaşmanın imzalaması üçün 2019-cu ildə qüvvəyə minmiş “AİB və İran arasında azad ticarət zonasının formalaşmasına yönəlmiş müvəqqəti razılaşma ilə” nəzərdə tutulmuş müddəaları əsas olublar.
“Sazişin hazırlanması məqsədiylə danışıqların 6 mərhələsi, həmçinin tərəfdaşlarla əlavə müşavirələr aparılmışdır”-deyə qərarın əsaslandırılmasında qeyd olunur.
Sazişlə iqtisadi əməkdaşlığın geniş dairəsi, o cümlədən hüquqi öhdəlikləri, qarşılıqlı ticarətin asanlaşdırılması və təşviqi, daxili bazarın müdafiəsi, gömrük nizamlanması, rəqabəti və sairə təmin ediləcək.
Xüsusilə, kənd təsərrüfatı məhsullarına gəlincə, Ermənistan tərəfinin təqdim etdiyi təkliflər əsasən Ermənistan Respublikası ixracı üçün önəmli maraq doğuran məhsullardan ibarətdir, məsələn: mineral və qazlı sular, alkoqolsuz içkilər, şokolad, qənnadı məmulatları, siqaret, qoyun əti və sairə. Bunlara İran sıfır idxal rüsumları tətbiq edəcək.
Sənaye mallarına gəlincə, Ermənistan tərəfindən mineral xammal (mis və sink filizi, molibden filizi), gümüş qablar, mis anodlar, buxar generatorları, elektron siqaretlər, termostatlar və sairə təqdim olunub.
Elektrik enerjisi, işlənmiş akkumulyatorlar, zinət əşyaları və dərmanların tarifləri də İran bazarına liberallaşdırılacaq.
Razılaşma çərçivəsində İran tərəfi beynəlxalq ticarət müqavilələri praktikasında ilk dəfə olaraq idxal gömrük rüsumlarının sıfırlanması ilə bağlı öhdəliklər qoyur.







