BaşlıcaSiyasət

Lukaşenko söyləyib ki, Əliyev onu Azərbaycanın necə sivil ölkə olduğunu inandırmağa çalışıb

Tacikistan və Qırğızıstan gələn ildə sərhəd razılaşmasını imzalaya bilərlər. Alınan məlumata görə, bu haqda Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyət xidmətləri başçılarının 19-cu görüşü ərzində bildirmişdir.

“Mən həmişə Tacikstan və Qırğızıstanın liderlərini tərifləyirəm. Yaxşı oldu, bravo, sərhədlərin 90 faizi artıq razılaşdırılmışdır. Əminəm ki, gələn ildə onlar sarhəd müqaviləsini imzalayacaqlar”-deyə Belarus Prezidenti qeyd etmişdir.

O, Qarabağ mövzusuna da toxunaraq qeyd edib ki, son zamanlarda bu  haqda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etmişdir. “Dubayda onunla Qarabağda qalan insanlar haqqında danışmışıq.

“Biz heç kimə toxunmayacağıq. Əksinə, elə edəcəyik ki, hamısı bizim sivil ölkə olduğumuzu anlasın”-deyə Lukaşenko Azərbaycan prezidentinin sözlərini sitat gətirir.

“Mən Azərbaycandakı vəziyyəti bilirəm, ordakı hakimiyyət güclüdür, onlar [xalqı] dəstəkləmək və kömək etməyi bacarırlar”-deyə Belarus Prezidenti bildirib.

Daha çox göstər
Back to top button