
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının mümkünlüyünə və bunun hansı prinsiplər çərçivəsində baş verməli olduğuna toxunub.
O qeyd edib ki, əsas prinsiplər üçdür – Birincisi, nəqliyyat blokadasına dair sazişlər ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanmalıdır. İkinci prinsipə görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü belə anlayışla tanıyır. Üçüncü prinsip odur ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi 1991-ci il Alma-Ati Bəyannaməsi əsasında aparılmalıdır.
“Bu, iki faktı qeyd edən sənəddir. birincisi, SSRİ artıq mövcud deyil, ikincisi, yuxarıda qeyd olunan bəyannaməni imzalayan 12 respublika SSRİ-nin inzibati sərhədləri boyunca müstəqillik əldə edir”- o deyib.
Onun sözlərinə görə, bu üç prinsip Brüsseldə keçirilən üçtərəfli görüşlərin nəticələri ilə təsdiqləndi.
O deyib ki, Azərbaycan bu sazişlərdən və prinsiplərdən əl çəkməsə, yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsi imzalanması çox realdır.
“Ermənistan qeyd olunan sazişlərə sadiqliyini bir daha təsdiqlədi və təsdiq edir. Ortaya çıxan əsas sual Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması ehtimalının nə dərəcədə olmasıdır. Belə bir hadisənin baş vermə ehtimalının olmadığını göstərən faktlara diqqət yetirmək olar. Mən heç olmasa dünənki hadisəni sıfır nöqtəsi kimi dəyərləndirmək istərdim ki, bundan sonra biz heç olmasa cəhd və səy göstərə bilərik ki, ardınca gələn bütün xəbərlər Ermənistan ilə Azərbaycan arasında müqavilənin imzalanmasınin mümkünlüyünü möhkəmləndirməyə xidmət etsin”.







