
Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti 2024-cü ildə dəyişməyəcək, müvafiq olaraq tarif istehlakçılar üçün də dəyişməyəcək. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirmişdir.
“Hazırda bizim sərhəddə qazın qiyməti 2024-cü ildə dəyişməyəcəyi haqqında dəqiq məlumatımız var. Və əminəm ki, buna uyğun olaraq tarif də dəyişdirilməyəcək”, – deyə Qriqoryan qeyd edib.
Baş nazir müavininin məlumatına görə, Ermənistanın “Qazprom” artıq ana “Qazprom”la 2024-cü il üçün müqavilə imzalayıb ki, bu da qiymət dəyişikliyini nəzərdə tutmur.







