BaşlıcaSiyasət

Beynalxalqşünas Gürcüstana namizəd statusunun verilməsi haqqında: “Qərb Avropa sərhədlərinin Ermənistanda bitməsi barədə  elan edir”

Beynalxalqsünas Georgi Tumasyan Gürcüstana AB namizədliyi statusunun verilməsi qərarını şərh edərək demişdir ki, Avropa Birliyi Qafqaz regionunun bir hissəsidir. O, əmindir ki, Gürcüstan AB bütün tələblərini həyata keçirərsə,   heç bir mane olmadan Gürcüstan AB-nə üzv ola bilər.

 “Radiolur”un həmsöhbəti deyir ki, regiona gəlincə, bu,  Avropa Birliyinin Qafqaz regionuna nüfuz etməsini göstərən yeni bir yolun başlanığıcıdır.

 Georgi Tumasyan hesab edir ki, Gürcüstana AB-yə namizəd statusunun verilməsi ilə bağlı qərar daha çox Ermənistanla bağlıdır.

“Avropa platforması başa düşür ki, Gürcüstana belə status verməməklə Ermənistanın bu struktura yaxınlaşmaq imkanını da məhdudlaşdıracaqlar.

“Əgər yaxın vaxtlara qədər Gürcüstanda demokratiya və Avropa başa çatırdısa, indi Gürcüstana namizəd statusu verməklə Qərb bəyan edir ki, Avropanın sonu Ermənistandadır.

Bu vacib impulsla Ermənistana  erməni-gürcü münasibətləri kontekstində təhlükəsizlik sisteminin bir hissəsi olmaq naminə tarixi imkan verilir.

Bu da məhz müharibə sonrakı realıqda mühüm hesab edilir”-deyərək Gürcüstanda yaşayan beynalxalqşünas Gerogi Tumasyan qeyd edib.

Daha çox göstər
Back to top button