
Ermənistan Hindistandan həssas zonalar və nöqtələri hava hücumundan müdafiə etməkçün “Akaş” qısa məsəfəli zenit raketi sistemləri ala bilər. Bu haqda “EurAsian Times” portalı yazır
Kompleks eyni vaxtda qrup ya da tək rejimdə bir neçə hədəfi vura bilir. O, daxili elektron əks tədbirlər (ECCM) imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.
O, 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və dronları effektiv şəkildə vura bilir. Kompleks tam avtomatikdir, hədəfləri tez aşkar edir və məhv edir.
Aktiv və passiv maneələrə qarşı yüksək müqavimətə malikdir. Tez bir zamanda nəql edilə və yerləşdirilə bilər.
Bildirilir ki, “Akaş” zenit raketi sistemlərinin sifarişləri artıq alınmışdır və Ermənistan ixracın ən ehtimal istiqaməti kimi müşahidə edir.
2022-ci ilin Oktyabrında Ermənistanın Hindistandan pilotsuz uçuş aparatları, patrul döyüş sursatları və “Akaş” kompleksinin əldə edilməsi haqda məlumat verilib.
Bir neçə hədəfi vurmaq və pilotsuz uçuş aparatları (PUA), qanadlı və helikopterdən buraxılan raketlər kimi manevr hədəflərini məhv etmək qabiliyyətinə malik olan “Akaş” Bakının PUA-larına qarşı mübarizədə Yerevanın ehtiyaclarına mükəmməl şəkildə cavab verir.
Yerevan həmçinin Fransa ilə “Mistral” qısa məsəfəli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı anlaşma memorandumu imzalamışdır. Ermənistan Azərbaycan hücumua müqavimət göstərmək üçün Hindistanın “Pinaka” çoxbarrelli reaktiv yaylım atəş sistemləri, “Konkurs” tank əleyhinə idarə olunan raketləri və döyüş sursatları da almışdır.
Bundan əlavə, Hindistanın Ermənistana 41,5 milyon dollar dəyərində pilotsuz uçuş aparatları əleyhinə sistem tədarük edəcəyi də bildirilib.
Hindistan tərəfindən ixrac olunan silahlar artıq ölkənin Silahlı qüvvələrinin silahlanmasında daxil edilmişdir. Bu da onların effektivliyini bir daha sübut edir, Ermənistan isə hind silahının ən görkəmli idxalçılarından birinə çevrilib.
Yerevan, Rusiyanın ölkəyə təxminən 400 milyon dollar sifariş edilmiş silahının tədarük edə bilməməsi nəticəsində, artıq bir müddət öz silahının idxalı diversifikasiya etmək və yeni müttəfiqlər tapmaq üçün çalışır.







