
Ermənistan və Rusiya Ermənistanda yeni atom enerji bloklarının tikilməsi məsələsi üzrə danışıqlar aparır.“Armenpress”in yaydığı məlumata görə, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk dekabrın 15-də Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının hökumətlərarası iclasında bildirib.
Rusiya Federasiyası baş nazirinin müavini vurğulayıb ki, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq Rusiya ilə Ermənistan arasında münasibətlərdə son dərəcə vacib mövzudur.
“Biz minnətdarıq ki, Ermənistan AES-in istismar müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib və icraçı qismində Rusiya şirkəti təyin olunub. Yeni nüvə enerji bloklarına gəlincə, bununla bağlı da danışıqlar gedir”, – deyə Overçuk bildirib.







