BaşlıcaSiyasət

“Maqnitski siyahısı”na Aİ-yə daxil olmayan 11 ölkə, o cümlədən Ermənistan və Azərbaycan qoşulub: Borrell

Avropa İttifaqına daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan Aİ Şurasının “Maqnitski siyahısının” daha bir il müddətinə uzadılması qərarına qoşulub. 

Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrellin bəyanatında deyilir.

Bu rejim çərçivəsində İran, Çin, Şimali Koreya, Rusiya, Suriya və digər dövlətlərin vətəndaşları, təhlükəsizlik qüvvələri və şirkətləri üçün Aİ-yə giriş qadağası və Aİ ölkələrinin ərazisindəki maliyyə aktivlərinin dondurulması tətbiq edilib.

Daha çox göstər
Back to top button