BaşlıcaSiyasət

Rusiya və Ermənistan arasında hava limanı və aeronaviqasiya ilə bağlı mühüm razılaşma əldə olunub

Rusiya və Ermənistan arasında hava limanı və aeronaviqasiya tarif və rüsumlarının uyğunlaşdırılması ilə bağlı mühüm razılaşma əldə olunub.

Bu barədə jurnalistlərə müsahibəsində Rusiya Federasiyasının baş naziri müavini Aleksey Overçuk bildirdi.

“Hava limanı və aeronaviqasiya qiymətlərinin uyğunlaşdırılması ilə bağlı mühüm razılaşma əldə olunub. Bu, həm Ermənistan aviaşirkətləri üçün yaxşı şərait yaradacaq, həm də turizmin inkişafı üçün yaxşı zəmin yaradacaq. Məlumatlarımıza görə, iki ölkə arasında qarşılıqlı turist səfərləri aktiv şəkildə artır”, – Overçuk bildirib.

Onun sözlərinə görə, ruslar erməni mədəniyyətinə və tarixinə böyük maraq göstərirlər.

“Buraya çox böyük turist axını var. Bu il ərzində Rusiyadan 850 minə yaxın insan Ermənistana səfər edib. Ermənistandan Rusiyaya 260 minə yaxın turist gəlib”, – Rusiya baş nazirinin müavini bildirib.

Daha çox göstər
Back to top button