BaşlıcaSiyasət

Ermənistan “Maqnitsknin siyahısı”na qoşulmayıb: XİN 

Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı konkret qərarına qoşulmayıb. Bu barədə ER XİN bəyanat yayıb.


“Xarici siyasət prioritetlərinə əsaslanaraq və Aİ ilə tərəfdaşlıq çərçivəsində Ermənistan Respublikası Aİ-nin bəyanatlarını müşahidə edir və tez-tez onlara qoşulur, onlarda müzakirə olunan məsələlərə öz dəstəyini və həmrəyliyini nümayiş etdirir.

Aİ Şurasının 17 dekabr tarixli bəyanatında da göründüyü kimi, Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı konkret qərarına qoşulmayıb”,- XİN bildirdi.

Xatırladaq ki, dünən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosef Borel bəyanat yayaraq, Aİ-yə daxil olmayan 11 ölkənin, o cümlədən Ermənistan və Azərbaycanın Aİ Şurasının Ümumi Xarici və Təhlükəsizlik Siyasəti Qərarına qoşulduğunu bildirdi.

Daha sonra Borelin bəyanatı redaktə edilib, Ermənistan və Azərbaycana istinadlar çıxarılıb.

Daha çox göstər
Back to top button