Meğridən Culfaya gedən yolda yeni turizm infrastrukturlar yaradılacaq

Meğri icmasının başçısı Bagrat Zakaryan İranın “Araks” iqtisadi zonası təşkilatının Mədəniyyət və turizm üzrə sədr müavini Mohsen Mohhəməd Zade ilə görüşmüşdur. Onları İran İslam Respublikası konsuluğunun əməkdaşı müşayiət etmişdir.
Syunik rayonuna səfəri mütəxəssislərə yeni proqramlar hazırlanmağa imkan verərək tanışlıq xarakteri daşıyırdı.
Sədr müavini Mohsen Mohammad Zade qeyd edib ki, başlıca məqsədlərdən biri Ermənistan Respublikası vətəndaşlarının İran İslam Respublikasına girişini mümkün qədər asanlaşdırmaqdır. Turistlər üçün rahat mehmanxana yerləri və nəqliyyat vasitələri yaradılacaq.
Meğridən İrana gedən yol boyunca Culfa şəhərinin (UNESCO siyahısında qeydə alınmış) tarixi abidələrini əks etdirən lövhələrin qoyulması təklif olunmuşdur. Bu, əhalinin və turistlərin maarifləndirilməsinə töhfə verəcək, onlar ticarətlə yanaşı, həm də qarşı tərəfdəki erməni abidələrini də ziyarət edə və tanış ola bilərlər.
İran tərəfinin bildirdiyi kimi, gələn ilin Oktyabr ayında hər iki tərəfdən həm Meğridə, həm də Culfada 4 günlük “Nar” festivalının təşkili planlaşdırılır. Meğri icmasının rəhbəri Meğridə əvvəllər belə bir festival olduğunu qeyd etmişdir.
Mohsen Mohammad Zade görüşü ümumilaşdirərək bildirmişdir ki, Dekabr ayı və Yeni il üçün xüsusi tədbirlər planlaşdırılır.
ER vətəndaşları Meğri-Norduz keçid məntəqəsiylə məntəqədən təxminən 1 sahat məsəfədə olan Culfaya keçəcəklər.







