BaşlıcaSiyasət

Müdafə nazirliyində Ermənistan-Yunanıstan-Kipr 2024-cü il üçün hərbi əməkdaşlıq layihələri imzalanmışdır

Dekabrın 18-də Ermənistan Respublikasının  Müdafiə nazirliyindəki inzibati kompleksdə erməni-yunan və erməni-kipr ikitərəfli, həmçinin Ermənistan-Yunanıstan-Kipr üçtərəfli müdafiə müşavirələri keçirilmişdir. Bu haqda ER Müdafiə nazirliyinin mətbuat xidməti  məlumatlandırıb.

“Tərəflər müşavirələr nəticəsində Ermənistan-Yunanıstan, Ermənistan-Kipr və Ermənistan-Yunanıstan-Kipr 2024-cü il üçün qarşılıqlı maraq doğuran sahələrdə onlarla tədbirlər daxil olunan hərbi əməkdaşlıq layihələri imzalamışlar”- deyə MN məlumatında bidirilir.

Qeyd olunur ki, müşavirələrdə yunan tərəfindən Yunanıstanın Milli müdafiəsinin baş qərargahının beynalxalq münsibətlər departamentinin sədri, brigad generalı Vasileos Yamisi, Kipr tərəfindən isə Kiprin Milli qvardiyasının baş gərargahının beynalxalq münasibətlər departamentinin sədri, polkovnik Alkiviadis Alkiviadisinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak etmişlər.

Müşavirələr ərzində ER Müdafiə naziri Suren Papikyanın Kipr və Yunanıstan Respublikalarına rəsmi səfərlərinin nəticələri, ikitərəfli və üçtərəfli əməkdaşlığın gedişi və regional və beynalxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilmişdir.

ER Müdafiə nazirliyinin müdafiə və Beynalxalq əməkdaşlıq departamentinin sədri Levon Ayvazyan həmkarlara ER Silahlı qüvvələrinin islahatlarının gedişini təqdim etmişdir.

Daha çox göstər
Back to top button