Yerevanda Artsax qadınlarının “Qızıl əlləri”

Yerevanda “Veske tserker” (Qızıl əllər) yarmarkası keçirilib və burada onlarla Artsax sakini öz məhsullarını təqdim edib. Yarmarkada şirniyyatçılar, sənətkarlar, xəzçilər, sabunçular, şamçılar, zərgərlik ustaları, oyuncaqçılar və digər sənətkarlar iştirak edib.
Bu festival 2023-cü ilin iyul ayında Artsaxın Martuni rayonunun Yemişçan kəndində keçirilməli idi. Amma Artsaxın əhalisinin boşaldılmasından sonra o, indi Yerevanda “Artsax Analarına Dəstək Mərkəzi” qeyri-hökumət təşkilatının həmtəsisçisi “Veske tserker”in təşəbbüsü ilə keçirilir. Tədbirin təşkilatçısı Mariam Sargsyan deyir ki, Artsax analarının hazırda ən ciddi dəstəyə ehtiyacı var və dincəlməyə vaxt yoxdur. Buna görə də Artsax qadınlarına dəstək olmaq üçün bütün səylər göstərilməlidir.
Tədbirin təşkilatçısı Mariam Sargsyan deyir ki, müraciət edənlər çoxdu və onlar bir günlük tədbirlə məhdudlaşmayacaqlar. Ən azı bu festivalı təkrarlamaq niyyətindədirlər.







