BaşlıcaSiyasət

Bu, konkret olaraq ona görə edilib ki, DQ məsələsini həmişə bir dəyənək kimi Ermənistanın başının üstündə tutmaq mümkün olsun: Paşinyan

44 günlük müharibədən sonra və ondan əvvəl də bizi satmaqda, təhvil verməkdə ittiham edirdilər, yəni nə Ermənistanın, nə də Dağlıq Qarabağın hüquqlarını qorumaq üçün səy göstərməmişik. Bu arada, əgər bizə qarşı obyektiv ittiham varsa, söhbət başqa şeydən getməlidir ki, biz Dağlıq Qarabağ məsələsində erməni ideya və istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə xalqla danışmamışıq. Bunu ER baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesində heç vaxt Dağlıq Qarabağ probleminin həllini təklif edəcək variant olmayıb. “Madrid prinsiplərindən bəri masada olan bütün variantlar Dağlıq Qarabağ məsələsinin həll olunmamasını nəzərdə tutur. 1999-cu ildə yalnız bir versiya var idi ki, imzalanan halda Dağlıq Qarabağ məsələsinin həll olunduğunu söyləmək olardı. Meğri ilə Dağlıq Qarabağ arasında mübadilə variantı idi. Yəni Meğri Azərbaycana verilir, Dağlıq Qarabağ Ermənistana birləşir. Dağlıq Qarabağ məsələsinin başqa yolla həlli yox idi. Bu, konkret olaraq ona görə edilib ki, Dağlıq Qarabağ məsələsi həmişə bir dəyənək kimi Ermənistanın başının üstündə tutmaq mümkün olsun. Ola bilsin ki, Azərbaycanın da başının üstündə olsun”.

“Mən əvvəl də demişəm ki, prosesin harada dayanacağını dəqiqləşdirmək mümkün deyill, çünki proqnozlaşdırıla bilən mühitiniz və ya prosesi proqnozlaşdırıla bilən etmək imkanınız varsa, müzakirə edib qərar qəbul edə bilərsiniz, lakin bilmirsinizsə və ya prosesi proqnozlaşdırmaq üçün heç bir imkan yoxdursa, dediyiniz şey praktiki olaraq qeyri-mümkün olur”, – deyə Baş nazir vurğulayıb.

Daha çox göstər
Back to top button