
Dağlıq Qarabağ əhalisinin boşaldılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsi həll olunub, Ermənistan məsələsi də həll olunmalıdır. Bunu ER baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
“1990-1991-ci illərdə Ermənistanın rəhbərləri “bizə dövlət olmaq üçün müstəqillik lazımdır” deyil, “Dağlıq Qarabağ məsələsini həll etmək üçün müstəqil dövlət lazımdır” deyirdilər. Ən vacib problem də budur.
İndi müxalifət bəyan edir ki, “Dağlıq Qarabağsız Ermənistanın mövcud olmasının mənası yoxdur, çünki Ermənistanın dövlətçiliyi Dağlıq Qarabağ məsələsini həll etmək üçün yaradılıb”. Yəni Dağlıq Qarabağ məsələsi həll olunsaydı, məsələ həll olunandan sonra ER-nin taleyi necə olacaqdı?
Digər ölkələrdən Ermənistanda hakimiyyəti dəyişdirməklə bağlı çağırışlar olub. Həmin çağırışları edənlər hesab edirdilər ki, Dağlıq Qarabağın etnik təmizləməsi ilə Dağlıq Qarabağ məsələsi həll olunub və Ermənistan məsələsi də həll olunmalıdır. Yəni konsepsiya öz nəticəsinə gəlməli, Ermənistanda kukla hakimiyyəti qurulmalıdır ki, o, “Ermənistanın varlığının mənasız olduğunu” desin”,- Paşinyan dedi.







